http://www.azadlip7uny6g37ob7prppu5ypbvn6dewn6ttlcewxli3x2ajmsdsmid.onion/a/eliyev-riker/32032021.html
AZƏRTAC-ın xəbərinə görə, görüşdə son günlər Ermənistanla sərhəddə yaranan vəziyyət müzakirə edilib. Açıqlamaya görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan təxribatlara cavab tədbirləri həyata keçirib və baş vermiş təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.